Mustafa Kamal Atatürkün həyat yoldaşı Lətifə xanımın şəxsi əşyaları hərraca çıxarılıb.ANS PRESS-in məluamtına görə, "Artı Mezat" tərəfindən həyata keçirilən hərracda ailəyə aid nadir eksponatlar yer alıb."Xüsusi kolleksiyalar hərracı"nda Atatürkün həyat yoldaşı Lətifə Hanımın qardaşı oğlu Muammər Erboya qalan əsərlər yeni sahiblər tapıb.Həracda olan gümüş qaşıqlıq 3500 lirəyə, gümüş qədəhlər 1500 lirəyə, samovar isə 4000 lirəyə satılıb.Hərracın ən qiymətli əsəri Fausto Zonaroya aid taxta üzərində yağlı boya ilə işlənmiş "Qalata körpüsü" adlı əsər olub. 150 min lirə ilə satışa çıxarılan əsər 180 min lirəyə satılıb. Ümumilikdə təqdim edilən 153 kolleksiya hərracda iştirak edən sənət adamları və kolleksonerlərin marağına səbəb olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !