ABŞ-da yaşayan və Amerika vətəndaşı olan Avijit Roy həyat yoldaşıyla birlikdə Kitab sərgisində iştirak etmək üçün getdiyi Dəkkə şəhərində hücuma məruz qalıb.
ANN.Az BBC-yə istinadən xəbər verir ki, hücum edən qrup Royun özü kimi blog yazarı olan həyat yoldaşı Rafidə Əhmədi də ağır yaralayıb.
Polis hələ təcavüzkarların şəxsiyyəti ilə əlaqədar məlumat verməyib, ancaq Royun sekulyarlığı təbliğ edən yazılarına görə təhdid edildiyi bildirilir. Yerli polis şöbəsinin müdiri bildirib ki, hücum edən adam tək olmayıb, onlar qrup şəkilində olublar və ən azı iki nəfər Roy ilə yoldaşına birbaşa zərbələr endiriblər.
160 milyon əhalisi olan və çoxluğu müsəlmanların təşkil etdiyi Banqladeşdə daha əvvəllər də buna bənzər hücumlar olub. 2013-ci ildə blogunda həddindən artıq mütiliyə qarşı yazılar yazan Əhməd Rajib Heydər Dəkkədəki evi yaxınlığında sui-qəsdə uğramışdı. 2004-cü ildə isə yenə eyni kitab sərgisində iştirak edən yazar Hümayun Azad evinə qayıdarkən hücuma məruz qalaraq ağır yaralanmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !