Gənclərə həcc ziyarətinə getmək qadağası - QƏRAR

15:12 | 14.04.2015
Gənclərə həcc ziyarətinə getmək qadağası - QƏRAR

Gənclərə həcc ziyarətinə getmək qadağası - QƏRAR

Hökumət qərar qəbul edib.

Tacik müsəlmanları Məkkə və Mədinəyə həcc ziyarətinə bundan sonra 35 yaşından sonra gedə bilərlər, bu barədə çərşənbə axşamı Tacikistan hökuməti yanında fəaliyyət göstərən Dini məsələlər üzrə Komitənin mətbuat xidməti bildirib.

"Beləliklə, 35 və daha çox yaşı olanlara həcc ziyarətinə getmək imkanı verilir”, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

"Qərarımızın məqsədi yaşlı insanlara həcc ziyarətinə getmək, onların çoxdankı arzularını həyata keçirmələrinə imkanı yaratmaqdır”, - idarədə izah ediblər.

Komitənin egidası altında hər il Səudiyyə Ərəbistanında yerləşən həcc ziyarətinə getmək istəyənlərin siyahısı tutulur. Krallıq müsəlman ölkələrinə ölkədə olan müsəlmanların ümumi sayından çıxış edərək müəyyən kvota sayı təqdim edir.

Ötən illərdə 8 min tacik həcc ziyarəti yerinə gedib, yəni hər milyona min adam düşür. Amma ziyarətgahlarda zəvvarların ölümünə səbəb olan sıxlığı azaltmaq üçün Səudiyyə Ərəbistanı cari ildə kvotaların sayını azaldıb.  

"Cari ildə Səudiyyə Ərəbistanında Tacikistana 6,3 min kvota təqdim edilib”, - komitə xəbər verib.

Daha öncə Tacikistan prezidenti Emomali Raxmon son illərdə həcc ziyarətinə gedən tacik vətəndaşlarını, "borca girib son qəpiyini həcc ziyarətinə sərf etməkdən və ya dəfələrlə ziyarətə getməkdənsə” daha çox ehtiyacı olanlara yardım etməyə çağırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM