Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib

18:30 | 04.05.2024
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib

Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.Bu barədə  DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM