Atəşkəsin pozulduğu Ağdam kəndində vəziyyət - SON DURUM BARƏDƏ VİDEO

09:08 | 13.07.2020
Atəşkəsin pozulduğu Ağdam kəndində vəziyyət -  SON DURUM BARƏDƏ VİDEO

Atəşkəsin pozulduğu Ağdam kəndində vəziyyət - SON DURUM BARƏDƏ VİDEO

İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu əeazisində  atəşkəs rejimini pozub. 

Azərbaycan Müdafiə Nazirliyinin  yaydığı rəsmi məlumata əsasən, Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Real TV bu gün səhər saatlarında təxribatın törədildiyi Ağdam kəndində olub, canlı bağlantı həyata keçirib.
 
Məlum olub ki, həmin ərazidə düşmən tərəfin açdığı artilleriya atəşlərini eşitmək mümkündür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 Ermənistan tərəfinin dünənki təxribatı nəticəsində Azərbaycan 3 şəhid verib, qarşı tərəfin  itkiləri barədə hələ rəsmi məlumat yoxdur.  
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM