• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

ATƏT-də daha bir erməni təxribatının qarşısı alınıb

ATƏT-də daha bir erməni təxribatının qarşısı alınıb
15.02.2014 09:00

Bakıda keçiriləcək yay sessiyasının təxirə salınması üçün ermənilərin göstərdiyi cəhdlər puça çıxarılıbVyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyasının ikinci günü də ciddi müzakirələrlə keçdi. Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev daimi komitənin iclasında çıxış edərək bildirdi ki, ATƏT-in müəyyən etdiyi səkkiz prioritet sahələrdən bir neçəsi - ATƏT məkanında münaqişələrin həlli, ATƏT institutlarının səmərəliliyinin artırılması, qəbul olunmuş sənədlərin icra mexanizminin təkmilləşdirilməsi və ATƏT-in digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığının gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir və onların yaxın illərdə Assambleyanın gündəliyinə salınması təklif olunub.Assambleyanın yay sessiyasının Bakıda keçirilməsi ilə bağlı məsələ müzakirə olunan zaman Azərbaycan nümayəndələri ölkəmizin bu tədbirə tam hazır olduğunu, lazımi şəraitin yaradıldığını, sessiya iştirakçılarına tədbirlə bağlı bütün müvafiq məlumat və materialların təqdim edildiyini diqqətə çatdırıblar.Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qiqanyan daimi komitənin iclasında adəti üzrə Azərbaycana qarşı böhtan dolu çıxışlar silsiləsindən növbətisini edib. O, belə bir tədbirin Bakıda keçirilməsinin qeyri-düzgün qərar olduğunu, erməni deputatların Bakıya səfər etməkdən çəkindiklərini söyləyib.Azay Quliyev erməni deputata cavab olaraq bildirib ki, o, Azərbaycanla bağlı qarayaxma kampaniyası aparır.“A.Qiqanyan son illərdə Azərbaycan və Türkiyə ilə bağlı yalnız yalanlar söyləməklə özünün təbliğatını qurmağa çalışır. Azərbaycana səfər edənlər ölkənin kifayət qədər tolerant olduğunu bilirlər. Hətta erməni əsilli vətəndaşlar da Azərbaycanda təhlükəsiz şəraitdə yaşayırlar. 2012-ci ildə Avronest Parlament Assambleyasının illik sessiyası Bakıda keçirildi və həmin tədbirdə Ermənistandan səkkiz deputat iştirak etdi. Azərbaycan həmin deputatların təhlükəsizliyi üçün tam təminat vermiş və onların Azərbaycandan gedərkən heç bir narazılıqları olmamışdı. Azərbaycan bu dəfə də erməni deputatların təhlükəsizliyinə tam təminat verir və onların araqarışdıran çıxışlarına baxmayaraq, yay sessiyasında Bakıda bütün iştirakçılar üçün yüksək səviyyədə şərait yaradılacaqdır”.Sonra ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Azərbaycan nümayəndə heyətinin tədbirə hazırlığını yüksək qiymətləndirdiyini, yay sessiyasının Bakıda uğurla keçiriləcəyinə əmin olduğunu söyləyib. Digər çıxışçılar da Azərbaycanın mövqeyini dəstəkləyib, Bakıdakı illik yay sessiyasında iştirak edəcəklərini bildiriblər.Sonra “Ukraynada cari vəziyyət”, “Ekstremizm, radikalizm və ksenofobiyanın güclənməsi: ATƏT məkanı üçün təhdidlər” mövzularında xüsusi müzakirələr keçirilib və qış sessiyasının işinə yekun vurulub.AzərTAc

Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Siyasət 22:28
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Siyasət 18:05
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Siyasət 17:15
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Azərbaycan Rusiyaya nota verib
Siyasət 15:56
Azərbaycan Rusiyaya nota verib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Siyasət 14:35
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
Siyasət 14:14
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
ADB prezidenti Bakıda səfərdədir
Siyasət 12:05
ADB prezidenti Bakıda səfərdədir
Əliyev: Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyi üçün əməkdaşlıq həyati əhəmiyyət kəsb edir
Siyasət 11:28
Əliyev: Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyi üçün əməkdaşlıq həyati əhəmiyyət kəsb edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol