Azərbaycanın dəvəti ilə ATƏT/DTİHB seçkilərdə müşahidə məqsədilə 11 beynəlxalq ekspertdən ibarət 9 ölkədən nümayəndə gəlib. Bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri İohan Mörfi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, missiyaya seçkilərin nəticəsi yox, proses maraqlıdır.
"Bizim işimiz ilk növbədə qanunvericilik işinə nəzarət, seçicilərin qeydiyyatı, seçki kompaniyasının fəaliyyəti, KİV-də seçkilərin işıqlandırılması, bundan başqa sosial şəbəkələrdə prosesin yayılmasına nəzarətdir. Əsas komandanın 8 heyyəti Bakıda yerləşir. Burada mən də daxil olmaqla Azərbaycanin müxtəlif bölgələrinə ziyarət edəcəyik.",- o vurğulayıb.
O əlavə edib ki, yanvarın 3-də 26 uzunmüddətli müşahidəçi ölkəyə gələcək və onlar əsas komandadan təlimat aldıqdan sonra regionlara səfər edəcəklər. 2 müşahidəçidən ibarət komandalar şəklində işləyəcək və prosesə hazırlığı izləyəcəklər.
ATƏT/DTİHB Azərbaycanda indiyə qədər 12 seçki monitorinq missiyası həyata keçirib, sonuncu missiya isə 2020-ci ildə olub.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !