ATƏT DTİHB prezidentliyə namizədlərin İlham Əliyevə alternativ olmadığını bildirib

15:41 | 08.02.2024
ATƏT DTİHB  prezidentliyə namizədlərin İlham Əliyevə alternativ olmadığını bildirib

ATƏT DTİHB prezidentliyə namizədlərin İlham Əliyevə alternativ olmadığını bildirib

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində fəaliyyətdə olan prezident İlham Əliyevdən başqa iştirak edən digər altı namizəd faktiki olaraq ona qarşı alternativ mövqe sərgiləməyib. Bu barədə  ATƏT PA və ATƏT DTİHB-in birgə bəyanatında bildirilib.  
 
"Seçki kampaniyası ciddi ictimai iştirakdan məhrum idi və rəqabətli deyildi, bu da kampaniyanın başından sonuna kimi  müşahidə olunub.  Kampaniyada daha altı namizəd iştirak etsə də, onların heç biri öz kampaniyalarında hazırkı prezidentin siyasətinə inandırıcı şəkildə etiraz etməyib. Bu da seçiciləri real siyasi alternativlərdən məhrum edib”- bəyanatda bildirilib. 
 
ATƏT DTİHB-nin seçki müşahidə missiyasına rəhbərlik edən Eoqan Mörfi  bildirib ki,  ölkə üçün vacib olan bu seçkidə heç bir namizəd hazırkı prezidentə etibarlı problem yaratmayıb ə bəzi müxalifət partiyaları adekvat demokratik şəraitin olmadığı səbəbindən ümumiyyətlə seçkidə iştirak etməyib. 
 
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı beynəlxalq müşahidə missiyası 42 ölkədən ümumilikdə 335 müşahidəçi, o cümlədən 256  ATƏT DTİHB-nin ezam olunmuş ekspertləri müşahidə edib. 
 
Mətanət Abbas

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb