ATƏT-in Bakı ofisinin statusu dəyişdirilir

14:40 | 26.11.2013
ATƏT-in Bakı ofisinin statusu dəyişdirilir

ATƏT-in Bakı ofisinin statusu dəyişdirilir

ATƏT-in Bakı ofisi 2014-cü il yanvarın 1-dən yeni statusda fəaliyyət göstərəcək. 

ANN.Az-ın ATƏT-in Bakı ofisinin mətbuat xidmətinə isitinadən verdiyi məlumata görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay söyləyib. Səfir Koray Tarqay anlaşma memarandumu ilə bağlı müzakirələrin getdiyini bildirib. 

Koray Tarqay 2014-cü il yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisinin layihə koordinatoru statusu altında fəaliyyət göstərəcəyini də qeyd edib.

Qeyd edək ki, Bakı Ofisinin statusunun dəyişdirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM