ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verdi

13:59 | 29.10.2015
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verdi

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verdi

Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər.
 
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin 26-28 oktyabr tarixlərində regiona səfərlərinin yekununa dair yaydıqları bəyanatda deyilir. "Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik”, - deyə bəyanatda bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM