ATƏT-in Ukraynada milli dialoq üzrə xüsusi nümayəndəsi Volfqanq İşinqer postunu tərk edir.APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT sədrinin katibliyinin nümayəndəsi Roland Bless bəyan edib. “Əvvəlcədən nəzərə tutulmuşdur ki, İşinqerin səlahiyyəti mayın 25-dək qüvvədə olacaq, diplomat məşğulluq səbəbindən mandatını uzatmamaq qərarına gəlib”, deyə Bless bildirib. Xatırladaq ki, İşinqer öz fəaliyyətinə mayın əvvəlində başlamışdı. Onun iştirakı ilə üç “dəyirmi masa” keçirilib – Kiyev, Xarkov və Nikolayevdə. Ukraynanın cənubi-şərqindəki qondarma respublikaların nümayəndələri görüşlərdə təmsil olunmayıblar. ATƏT-in yeni vasitəçisinin adı hələ ki bəlli deyil.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !