ATƏT və DTİHB seçkilərdə iştiraka dəvət alıb

17:13 | 05.07.2024
ATƏT və DTİHB seçkilərdə iştiraka dəvət alıb

ATƏT və DTİHB seçkilərdə iştiraka dəvət alıb

İki gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb.

Bu barədə "Report”a diplomatik mənbələr məlumat verib.

Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM