ATV-də kütləvi ixtisarlar: 100-ə yaxın adam işdən çıxarıldı

12:05 | 10.04.2015
ATV-də kütləvi ixtisarlar: 100-ə yaxın adam işdən çıxarıldı

ATV-də kütləvi ixtisarlar: 100-ə yaxın adam işdən çıxarıldı

ATV telekanalında kütləvi ixtisarlara start verilib. Kanaldakı mənbədən Azxeber.com-a verilən məlumata görə, kanal rəhbərliyinin göstərişi ilə yüzə yaxın işçi işdən çıxarılıb. Maraqlı olan məqam isə işdən çıxarılanların böyük əksəriyyətinin xanım işçilər olmasıdır.

Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib. Və kanal rəhbərliyi bunu kanalın ən çox şou xarakterli verilişlərdən gəlir əldə etməsi ilə əlaqələndirib.

Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq təkidlə ərizə yazmalı olduqları deyilib.  İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulduğunu iddia edərək ərizə yazmaqdan imtina ediblər.

Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlərin işinə xitam verilib. 

Xatırladaq ki, ötən gün AZTV-də kütləvi ixtisarlar başlamışdı. Dövlət televiziyasında da jurnalistlərlə yanaşı kanalda vəzifə tutan bəzi şəxslər işlərindən uzaqlaşdırılmışdı. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM