"ATV-dən geyimimə görə qovuldum" - Cazibədar aparıcı

23:17 | 16.07.2018

"ATV-dən geyimimə görə qovuldum" - Cazibədar aparıcı

Azərbaycanlı aparıcı Mələk Heydərova 3 il əvvəl çalışdığı ATV telekanlından hansı səbəbdən qovulduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, onun işdən qovulmasına səbəb açıq-saçıq geyimləri olub:
"Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındı. Bu isə anormal fikirlərdi. Cəmiyyətdə müzakirə olunası n sayda problemlər var. Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən. Deməli Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə edim. Mən isə belə insanları qəbul etmirəm. Efirdə də həyatda olduğum kimi səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. 3 il əvvəl ATV kanalından işdən geyimimə görə uzaqlaşdırıldım. Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdu. Amma halbuki ATV-də məndən beşbətər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil, ay camaat! Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır. Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM