Avioreyslər üçün baqaj haqqı müəyyən edilib - RƏSMİ

16:12 | 03.07.2024
Avioreyslər üçün baqaj haqqı müəyyən edilib - RƏSMİ

Avioreyslər üçün baqaj haqqı müəyyən edilib - RƏSMİ

Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 30 qəpik müəyyən edilib. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarında  bildirilib.
 
Adı çəkilən qərarla  "Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilib.
 
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etmək tapşırılıb. 

Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
 
Hazırda Azərbaycan daxilində 4 istiqamətdə aviamarşrutlar həyata keçirilir.
 
Bakı-Naxçıvan aviabileti 70 manat,  Bakı-Füzuli - 78 manat,  Bakı-Zəngilan - 83 manat, Bakı-Gəncə - 84 manat müəyyən edilib.

Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilib.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM