Avrasiya İqtisadi İttifaqına daha bir ölkə qoşuldu

18:10 | 20.05.2015
Avrasiya İqtisadi İttifaqına daha bir ölkə qoşuldu

Avrasiya İqtisadi İttifaqına daha bir ölkə qoşuldu

Qırğızıstan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi ratifikasiya edib.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Tolqonay Stamaliev bildirib.

Onun sözlərinə görə, hazırda sənəd imzalanması üçün prezidentə göndərilib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM