AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun keçiriləcək

10:30 | 14.10.2023
AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun keçiriləcək

AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun keçiriləcək

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçiriləcək.

Son qitə çempionu İtaliya Maltanı qəbul edəcək. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı sınağa çəkəcək.

G qrupunda Litva Bolqarıstanın, Serbiya Macarıstanın qonağı olacaq.
H qrupunda isə Şimali İrlandiya - San Marino, Sloveniya - Finlandiya və Danimarka - Qazaxıstan matçları gerçəkləşəcək.

Bu qruplarda final mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına növbəti turlarda aydınlıq gələcək.

AVRO-2024, seçmə mərhələ
VII tur
C qrupu
17:00. Ukrayna - Şimali Makedoniya
22:45. İtaliya - Malta
Xal durumu: İngiltərə - 13 (5 oyun), İtaliya - 7 (4), Ukrayna - 7 (5), Şimali Makedoniya - 7 (5), Malta - 0 (5)
G qrupu
20:00. Bolqarıstan - Litva
22:45. Macarıstan - Serbiya
Xal durumu: Macarıstan - 10 (4), Serbiya - 10 (5), Monteneqro - 8 (5), Bolqarıstan - 2 (5), Litva - 2 (5)
H qrupu
17:00. Şimali İrlandiya - San Marino
20:00. Sloveniya - Finlandiya
22:45. Danimarka - Qazaxıstan
Xal durumu: Sloveniya - 13, Danimarka - 13, Finlandiya - 12, Qazaxıstan - 12, Şimali İrlandiya - 3, San Marino - 0

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb