"Report" xəbər verir ki, bu tendensiya avronun digər valyutalara qarşı məzənnəsinə də təsir göstərib. Bu gün dünyanın fond birjalarında referendumun nəticələrinə mənfi reaksiya veriləcəyi gözlənilir. Xüsusən də Avropa fond birjası indekslərinin önəmli dərəcədə azalacağı ehtimal olunur.
Qeyd edək ki, Avropa İttifaqı liderləri yunan xalqının bu qərarını çox təmkinlə və hörmətlə qarşılayıb. Hazırda əsas diqqət Almaniya və Fransa liderlərinin bu gün keçiriləcək görüşünə yönəlib. Bu görüşdə səslənəcək fikirlər Yunanıstanın Aİ-də qalıb-qalmayacağını müəyyənləşdirəcək.
Bu gün Azərbaycan valyuta bazarında da manatla müqayisədə ABŞ dollarının möhkəmlənməsi və avronun zəifləməsi müşahidə olunub. "Report"un analitik qrupu qeyd edir ki, qısa müddətdə avronun məzənnəsinin istiqaməti Yunanıstanın taleyindən asılı olsa da, ilin sonuna qədər Yunanıstanın Aİ-də qalıb-qalmamasından asılı olmayaraq avronun möhkəmlənməsi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !