Avropa Mərkəzi Bankı Avrozonada dövlət və özəl sektora aid istiqrazların alınması ilə bağlı hər ay 60 mlrd. avro həcmində monetar ekspansiyanın başlanmasına dair qərar qəbul edib. Martın 9-da qüvvəyə minəcək bu qərar Bankın İdarə Heyətinin Kiprdə keçirdiyi iclasda qəbul olunub.
"Report"un məlumatına görə, Avropa Mərkəzi Bankının sədri Mario Draqi istiqraz alaraq iqtisadiyyatlara maliyyə dəstəyi verilməsi prosesinin 2016-cı ilin sentyabr ayına qədər davam edəcəyini bildirib. Bu, yetərli olmasa, prosesin davam etdiriləcəyi istisna olunmur.
Monetar ekspansiya nəticəsində Avrozonada ÜDM-in artım tempinin proqnozları bu il üçün 1%-dən 1,5%-ə, 2016-cı il üçün 1,5%-dən 1,9%-ə qədər artırılıb, 2017-ci ildə isə iqtisadi artım 2,1% səviyyəsində proqnozlaşdırılır.
"Report"un analitik qrupu hesab edir ki, monetar ekspansiya Avrozonada avronun bollaşmasına, nəticədə avronun digər valyutalar qarşısında dəyərini itirməsinə səbəb olacaq. Bu proses Azərbaycanda da davam edəcək və 1 avronun 1 dollardan aşağı düşməsilə manatla paritetə yaxınlaşacağı, hətta daha ucuz olacağı proqnozlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !