ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ətraf mühiti, insan və heyvan sağlamlığını təhdid edən neylon torba istehlakını azaltmaq məqsədilə Avropa Birliyi ölkələri bir sıra tədbirlərə əl atmaq qərarına gəlib.
Brüsseldə bir araya gələn 28 Avropa Birliyi ölkəsinin rəsmiləri neylon torbadan istifadəni azaltmaq üçün bu mallara vergi tətbiqinin artırılmasına, qadağan edilməsinə və konkret hədəflər müəyyən olunmasına qərar verib. Avropa Birliyinin məlumatlarına görə, AB ölkələrində adambaşına ildə orta hesabla 200 neylon torba istifadə edilir, Almaniyada isə adam başına düşən neylon torba istifadəsi 71 ədəddirsə, Portuqaliya, Polşa və Macarıstanda bu say 500-ü keçir. Türkiyədə isə bir nəfərin ildə orta hesabla 312 ədəd neylon torbadan istifadə etdiyi bildirilib.
Alınan qərarlar çərçivəsində, Avropada adambaşına neylon torba istifadənin 2025 ili sonuna qədər 40 ədədə azaldılması məqsədi güdür. Federal Ətraf Mühit Dairəsi, alış-veriş mərkəzləri və geyim əşyaları satan mağazalarda neylon torbaların pulsuz verilməsi tətbiqinin dayandırılmasını təklif edib.
Alimlərin fikrincə, bir neylon torbanın təbiətdə məhv olması üçün 450 il lazımdır. Onların məhvi zamanı təbiətə çox təhlükəli qazlar buraxılır. Aparılan araşdırmaların nəticələrinə görə, bir il ərzində təkcə ABŞ-da 12 milyon barrel neftin belə torbaların istehsalı üçün istifadə edildiyi bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !