Mayın 12-də Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar siyahısını daha 13 nəfər və 2 şirkət hesabına genişləndirib.APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar bank aktivlərinin dondurulması və Avropa Birliyi ölkələrinə viza qadağasını nəzərdə tutur. Siyahıda Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodinin, Rusiya hava desant qoşunlarının komandanı Vladimir Şamanovun və Dövlət Dumasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pliqinin adları var. Həmçinin sanksiyalar “Çernomornefteqaz” və “Feodosiya” şirkətlərinə də tətbiq edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !