Avropa Birliyinin xarici işlər nazirləri Rusiyanın və Ukraynanın (Krım) 21 rəsmisinə qarşı viza və iqtisadi sanksiyalar tətbiq etməklə bağlı qərara gəliblər.
ANN.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, 21 rəsminin Avropa Birliyinə daxil olan ölkələrdə bank hesabları dondurulacaq. Rəsmilərdən 13-cü Rusiya vətəndaşı, 8-i isə Ukrayna vətəndaşıdır.
"Telegraph"ın yazdığına görə, Avropa Birliyinin yaydığı sənəddə bildirilir ki, Avropa Birliyi Krımda keçirilən referendumu qanuni hesab etmirlər. AB Rusiyanı öz ordusunu Krımdan çıxarmağa və Ukrayna hökuməti ilə danışıqlar aparmağa dəvət edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !