Avropa Birliyinin xarici əlaqələr üzrə səlahiyyətli şəxsi Federika Moqherini bu gün İranın paytaxtı Tehrana səfər edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, F.Moqherini ən əvvəl prezident Həsən Ruhani ilə görüşüb. Görüş qapalı şəraitdə keçirilib.
AB səlahiyyətlisinin gün ərzində İranın xarici işlər naziri Cavad Zərif və parlament spikeri Əli Laricani ilə də bir araya gəlməsi gözlənilir.
Ekspertlər AB-nin yüksək rütbəli şəxsinin nüvə proqramı razılaşmasından sonra İrana qəfil səfərini tərəflər arasında "yeni bir səhifənin açılması" kimi dəyərləndiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !