Avropa Birliyindən Kiyevə təcili dəstək

23:43 | 12.05.2014
Avropa Birliyindən Kiyevə təcili dəstək

Avropa Birliyindən Kiyevə təcili dəstək

Ukrayna ilə Assosiasiya sazişi sürətlə imzalanacaq

Avropa Birliyi Ukrayna ilə Assosiasiya sazişinin iqtisadi hissəsini sürətlə imzalamaq niyyətindədir. 

ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Şurasının prezidenti German van Rompey Kiyevdə jurnalistlərin qarşısında çıxışı zamanı bildirib. 

"Avropa Birliyi imzalanma istiqamətində hərəkətini sürətləndirmək və qalmış bəndlərin müvəqqəti tətbiqini istəyir", - deyə o bildirib. 

Qeyd edək ki, Donetskdə keçirilən referendumun nəticələrindən sonra "Donetsk Xalq Respublikası" adlandıran qurumun seçki komissiyasının sədri Roman Lyaqin qeyd edib ki, səsvermənin nəticələrinə görə, əhalinin 90 faizi vilayətin suveren şəkildə idarə olunmasına tərəfdar çıxıb. Lyaqin bildirib ki, səsverməyə əhalinin 75 faizi, yəni, təxminən 3 milyon insan qatılıb. 

"Donetsk Milli Respublikası"nın müvəqqəti hökumətinin sədri Denis Puşilin isə bəyan edib ki, Donetsk vilayətinin ərazisində Ukraynada may ayının 25-nə təyin olunmuş prezident seçkiləri keçirilməyəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti