Avropa Birliyindən Rusiyaya daha bir zərbə

09:53 | 21.03.2014
Avropa Birliyindən Rusiyaya daha bir zərbə

Avropa Birliyindən Rusiyaya daha bir zərbə

İyun ayında Soçi şəhərində keçirilməsi planlaşdırılan Rusiya-Avropa Birliyi sammiti ləğv olunubAvropa Birliyi iyun ayının 3-də Rusiya ilə keçirilməli olan sammiti ləğv edib. AB-nin nümayəndəsi Herman van Pompey birliyə üzv ölkələrin Rusiya ilə ikitərəfli sammitdən imtina etdiklərini bildirib. Sammit Soçidə keçirilməli idi. AB ölkələri Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı mümkün sanksiyaların 3 mərhələsinin olduğunu bildiriblər. Birincisi - Rusiya- AB baza razılaşması və viza rejiminin liberallaşdırılması haqqında danışıqların dayandırılması, ikinci - fərdi viza sanksiyaları və bir sıra rəsmilərin səhmlərinin dondurulması, Rusiya-AB sammitinin ləğvi, üçüncü - iqtisadi sanksiyalar.

Rusiya prezidenti Vladimir Putin isə daha öncəki açıqlamalarında müasir dünyada hər şeyin qarşılıqlı olduğunu, bunun üçün də sanksiyaların qarşılıqlı olacağını demişdi.

Rusiya XİN rəsmi nümayəndəsi də Moskvanın mümkün sanksiyalara cavab verməli olacağını qeyd etmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM