Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoydu

15:32 | 02.04.2014
Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoydu

Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoydu

Avropa İttifaqı (Aİ) Krıma, o cümlədən Sevastopola və Simferopola bütün uçuşlara, eləcə də bu şəhərlər üzərindən tranzit reyslərə müvəqqəti qadağa qoyub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Avropa Avianaviqasiya Xidmətinə istinadən xəbər yayıb.Xidmətdən qadağanı onunla izah ediblər ki, yarımadanın hava məkanına Ukrayna aviadispetçerləri tərəfindən nəzarət edilmir.Bəyanatda deyilir: "Bütün naviqasiya xidmətləri [Aİ] növbəti sərəncama qədər həmin aeroportlar istiqamətində gedən və onlardan gələn, eləcə də onlar vasitəsilə tranzit keçən reysləri qəbul etməyəcək".Xidmət avropalı daşıyıcıları alternativ marşrutlarla işləməyə çağırıb. Bu qərar Aİ ölkələrinin Krımın Rusiyaya birləşdirilməsini tanımaqdan imtinasının birbaşa nəticəsidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM