Avropa İttifaqı (Aİ) və Ukrayna Azərbaycandan Rusiya ilə bu ilin sonunda başa çatacaq qaz tranziti sazişi üzrə danışıqlarda yardımçı olmağı xahiş ediblər. Bunu Reuters-ə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
"Bəli, Aİ və Ukrayna qaz tranzitində öz köməyimizi etmək təklifi ilə bizə müraciət ediblər. Biz vasitəçi kimi bunun üzərində işləyirik”, - Hikmət Hacıyev bildirib.
Aİ Rusiyadan qaz idxalının kəskin şəkildə azaltsa da bəzi Mərkəzi Avropa ölkələri hələ də Ukraynadan keçən boru kəməri vasitəsilə Rusiyadangələn qazdan asılıdır. Avstriya təbii qaza olan tələbatının çox hissəsini hələ də bu marşrut vasitəsilə idxal etdiyi qaz hesabına ödəyir.
Ukrayna hələ də ildə təxminən 15 milyard kubmetr (bcm) Rusiya qazını Avropaya nəql edən boru kəməri ilə bağlı beş illik tranzit müqaviləsini yeniləməyəcəyini söyləyib. Müqavilənin müddətibu il dekabrın sonunda başa çatır. Hacıyev Azərbaycanın Rusiya qazının Avropaya ixracı ilə bağlı alternativ müqaviləni necə asanlaşdıra biləcəyi barədə ətraflı məlumat vermək istəməyib.
Aİ-nin enerji tənzimləyicisi ACER-in məlumatına görə, keçən il boru kəməri il nəql edilən. 18 milyard kubmetr Rusiya qazını əvəzləmək üçün Aİ mayeləşdirilmiş təbii qazın (LNG) idxalını artırıb.
Aİ qaz idxalını diversifikasiya etməyə çalışır və 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Lakin Hacıyev bildirib ki, bu genişlənməni asanlaşdırmaq üçün infrastruktur və maliyyə hələ də mövcud deyil.
"Yataqlara investisiya qoymaq üçün bizə daha çox pul lazımdır, boru kəmərlərinə isə daha çox investisiya lazımdır, lakin böyük banklar təbii qazla bağlı layihələrə investisiya qoymur, daha çox bərpa olunan enerji mənbələri ilə bağlı projelərə üstünlük verirlər", - Hacıyev deyib.
Almaniyanın Uniper şirkəti Ukrayna vasitəsilə cənub-şərqi Avropaya qaz nəqlinin davam etdirilməsi üçün həll yolu tapmaqla bağlı danışıqlarda iştirak edir. Bunu Bloomberg bazar ertəsi bildirib.
Uniper-in vitse-prezidenti Maykl Hilmer çərşənbə günü bildirib ki, şirkət Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixrac imkanlarını iki dəfə artırmaq məqsədi daşıyan Azərbaycan və Avropa Komissiyası arasında 2022-ci il enerji tərəfdaşlığı fonunda Azərbaycandan qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparmağa çalışır.
"Aİ-də hamı deyir ki, bizə qaz lazımdır, amma təsəvvür edin ki, Azərbaycan öz sərmayələrini qoyur və sonra Aİ buna ehtiyac olmadığını deyir”, - Hacıyev bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !