• $ 1.7
  • € 1.8519
  • ₽ 1.9517
  • ₺ 0.0465
  • £ 2.2035

Avropa İttifaqı gürcüstanlı diplomatlar üçün vizasız rejimi ləğv edib

Avropa İttifaqı gürcüstanlı diplomatlar üçün vizasız rejimi ləğv edib
27.01.2025 19:58

Avropa İttifaqının 27 üzv-dövlətinin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport daşıyıcısı olan vətəndaşları üçün vizasız rejimin dayandırılması haqda qərarı təsdiqləyib.Bu haqda Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

"Bu gün Şura Avropa İttifaqı ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi haqda sazişin bir hissəsinin qüvvəsini dayandırmaqla bağlı qərar qəbul edib. Bu qərarın nəticəsində gürcüstanlı diplomatlar və vəzifəli şəxslər Avropa İttifaqı ölkələrinə səfərlər edən zaman viza üçün ərizə ilə müraciət etməli olacaqlar”, - məlumatda qeyd olunub.

Sənəddə həmçinin bildirilir ki, gürcüstanlı diplomatlar və vəzifəli şəxslər daha qısa müddətli ərizə müraciəti, aşağı viza haqqları və viza üçün daha az sənəd təqdim etmək kimi imkanlardan məhrum olacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb
Dünya 19:18
İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb
Paşinyan Moskvada qələbə paradında iştirak edəcək
Dünya 18:19
Paşinyan Moskvada qələbə paradında iştirak edəcək
Tramp Putinlə telefonla danışıb
Dünya 18:03
Tramp Putinlə telefonla danışıb
Aİ Ukraynaya dəstək üçün könüllü fond yaradacaq
Dünya 14:38
Aİ Ukraynaya dəstək üçün könüllü fond yaradacaq
Kreml İrana qarşı sanksiyalardan danışıb
Dünya 14:36
Kreml İrana qarşı sanksiyalardan danışıb
Pakistanda partlayışda 3 nəfər yaralanıb
Dünya 14:27
Pakistanda partlayışda 3 nəfər yaralanıb
İspaniya sülh müqaviləsi ilə razılığı dəstəkləyir
Dünya 12:51
İspaniya sülh müqaviləsi ilə razılığı dəstəkləyir
Sabiq prezident həbs olunaraq Haaqaya aparılıb
Dünya 09:36
Sabiq prezident həbs olunaraq Haaqaya aparılıb
Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan
Dünya 23:12
Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol