Avropa İttifaqı Şurasının sədri Donald Tusk iyulun 20-də Cənubi Qafqaz regionuna səfər edəcək.
"Report" Şuranın rəsmi saytına istinadən xəbər verir ki, Avropa rəsmisi ilk olaraq Ermənistana gedəcək.
Donald Tusk orada bir sıra görüşlər keçirdikdən sonra həmin gün Gürcüstana, oradan isə iyulun 22-də Azərbaycana səfər edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !