Aİ liderləri noyabrın 7-8-də Budapeştdə keçiriləcək sammitdə Respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra Avropa İttifaqının gələcək hərəkətlərinə dair fövqəladə müzakirələr aparacaq. Bu barədə Tass məlumat yayıb.
Əsas mövzular isə yeni ticarət müharibəsi riskləri olacaq. Kiyevə dəstəyin də azalması məsələsi müzakirə olunacaq.
Kiyəvə indiyə kimi ABŞ-ın keçmiş prezidenti Co Bayden həm maliyyə həm də silah dəstəyi göstərib.
Bu gün ABŞ-da seçki nəticələrində isə Donald Tramp qalib gəlib. Tramp bildirib ki, o seçiləcəyi təqdirdə müharibəni dayandıracaq.
Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !