Avropa İttifaqı ümid edir ki, Rusiya humanitar yüklərinin Qarabağa keçməsi yerli erməni əhalisinin müntəzəm təchizatını bərpa edəcək. Bu barədə TACC agentliyi Avropa Şurasının Brüsseldə yaydığı bəyanata istinadan yazıb.
"Bu kontekstdə bu gün Ağdam-Əsgəran marşrutu ilə Rusiya humanitar yüklərinin keçməsini qeyd edirik. Biz bu inkişafla bağlı həssaslığı başa düşürük. Ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm humanitar yardımların bərpasına təkan verəcək", - açıqlamada deyilir.
Avropa Şurası Ağdam-Əsgəran marşrutunun açılmasını "Laçın dəhlizinin bərpasına töhfə verməli olan mühüm addım” adlandırıb.
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi.
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür.
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !