2017-ci ilin iyunundan Avropa İttifaqı ölkələrində rouminq ləğv olunacaq. Novator.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin sənaye nazirləri Lüksemburqda keçirdikləri görüşdə belə qərar qəbul ediblər.
Məlumata görə, 2016-cı ilin may ayından Avropa İttifaqı məkanında rouminqlə danışığın qiyməti 4 il əvvəlkinə nisbətdə 95% ucuzlaşacaq.
Avropalı deputatlar rouminq ödənişini 2015-ci ilin sonunda ləğv etmək istəyirdilər. Amma mobil operatorlar ləğvi il yarım uzatmağı xahiş ediblər.
Nazirlər Avropa İttifaqı ölkələrində internetə sərbəst qoşulmanı da təmin etmək niyyətindədirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !