• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

XİN COP-da təkrar viza ilə bağlı açıqlama yayıb

XİN COP-da təkrar viza ilə bağlı açıqlama yayıb
04.11.2024 17:12
Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) onlayn qeydiyyat sistemi vasitəsilə müraciət edilə bilən "COP29 Xüsusi Viza" təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

"COP29 Xüsusi Viza"sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar. Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək”, - məlumatda bildirilib.


"COP29 Xüsusi Viza"sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.


Ölkəni tərk etmək və Azərbaycana yenidən qayıtmaq lazım gəldikdə, ilkin viza alınmış UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək viza üçün təkrar müraciət edilməlidir.


"COP29 Xüsusi Viza"sı rəsmi portal (onlinereg.unfccc.int/onlinereg) vasitəsilə onlayn müraciətdən və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına müraciətdən sonra üç iş günü ərzində veriləcək", - XİN-dən bildirilib.


COP29 iştirakçılarına UNFCCC tərəfindən qeydiyyatın təsdiqlənməsindən dərhal sonra viza üçün müraciət etmək tövsiyə olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol