Avropa "ölümcül qrup"lə boğuşur

16:06 | 26.02.2015
Avropa

Avropa "ölümcül qrup"lə boğuşur

Avropa və Asiya qrip virusu ilə boğuşur. Xəstəlik ən çox Yunanıstan, İsveçrə, Fransa və Almaniyada müşahidə edilir. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İsveçrə Səhiyyə Nazirliyi (OFSP) minlərlə adamın qripə yoluxduğunu və 741 nəfərin xəstəxanalarda müalicə altında olduğunu açıqlayıb. Nazirlik açıqlamasında qrip peyvəndi keçirilməsinin faydalı olacağını bildirib. Yunanıstanda bu günə qədər 63 nəfər qripdən həyatını itirib. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmiləri qrip virusunun 3 həftə ərzində daha da geniş əraziyə yayılacağı xəbərdarlığını edib. Rəsmilər xüsusən də uşaq, yaşlı və ürək xəstələrinin virusdan qorunmasının lazım olduğunu vurğulayıblar.
 
İsveçrə Səhiyyə Nazirliyinin açıqlamasında ölkədə minlərlə adamın qrip xəstəliyinə yaxalandığı və bu səbəbdən uşaqların məktəbə, böyüklərin isə iş yerlərinə gedə bilmədikləri qeyd olunub.
 
Açıqlamada, virusun ən çox İsveçrənin Tessin və Grison ərazilərində görüldüyü və 404 nəfərin xəstəxanalarda müalicə altında olduğu bildirilib.
 
Bern, Fribourq və Yura yaşayış məntəqələrində qeydə alınan qrip xəstələri ilə birgə ölkədə ümumilikdə cəmi 741 nəfərin xəstəxanalarda yataraq müalicə gördüyü deyilir.
 
YUNANISTANDA 60 NƏFƏR ÖLDÜ
 
Qripin təsirli olduğu ölkələrdən biri Yunanıstanda bu ana qədər ölənlərin sayının 60-ı keçdiyi deyilir. Son məlumatlara görə, bu günə qədər 134 nəfər qrup səbəbilə təcili nəzarətə alınıb, hazırda 21 nəfərin intensiv müalicəsi davam edir.
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM