Dövlət bayrağı hər bir ölkənin müstəqilliyinin əsas rəmzlərindən biridir. Onun haqqında çox şey danışmaq olar. Müharibə zamanı bayrağın endirilməsi və ya düşmən ordusu zamanı ələ keçirilməsi artıq məğlubiyyətin xəbərçisi olur. Yaxud bir bayrağın şəhərin, qəsəbənin, yaşayış massivinin mərkəzi binalarından birinin üstünə sancılması da qalibiyyət işarəsidir.
Sülh şəraitində yaşayan ölkələrdə yalnız idman meydançalarında qalibiyyət-məğlubiyyət ifadələri işlənir və idmançının qürurla daşıdığı da məhz ölkəsinin bayrağı olur. Bayraq qalxır, himn oxunursa, o birinci yerin qalibidir.
Məyusedici məqamlardanda biri odur ki, bayraq niyə hər gün deyil, ay ərzində bir neçə dəfə deyil, ancaq hər hansı tədbir və yaxud da bayramlarda yada düşür?? Bayrağa olan sevgi, məhəbbət ən çox gənclər arasında yayılıb.
ANN.Az xəbər verir ki, I Avropa Oyunları zamanı bayrağa olan maraq şəhər sakinləri tərəfindən daha da artıb. Bayraqla "Bakı – 2015” I Avropa Oyunlarını izləməyə gələn şəhər sakini Elvin Babayev bayraqsız bu oyunlara tamaşa etməyə gəlməyi çox mənasız hesab edir: "Əgər komandamızın oynadığı bir yarışa hər hansı azərbaycanlı bayraqsız gedirsə, demək o, oyuna sadəcə baxmaq xatirinə gəlib. Bayrağa olan sevgini hər zaman göstərmək lazımdı, tək bu oyunlarda deyil.”
Paytaxt sakininin Avropa Oyunlarında bayrağa olan həvəsi artmasınında xüsusi bir sevinc olduğunu vurğulayıb: "Oyunlara bayraqla gedən insanları gördükdə adamın ürəyi açılır. Çünki bu vətəndaşlarımızın bayrağa olan sevgisinin göstəricisidir. Evimizdə eyvandan da üç rəngli bayrağımız asmışam. Ümid edirəm ki, mənim kimi, bayrağa daha çox sevgisi olan vətəndaşlarımızın sayı çoxdur və bundan sonra da artacaq”.
Orxan Aslanlı
Fotolar müəllifindir
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !