​Avropa Parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi

10:13 | 16.04.2015
​Avropa Parlamenti qondarma

​Avropa Parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi

Avropa Parlamenti "24 aprel tarixinin Avropa İttifaqında "erməni soyqırımı qurbanları"nın anım günü elan olunması" haqqında qətnamə qəbul edib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, qətnamə Avropa İttifaqına üzv ölkələrin parlament və hökumətləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması üzrə müvafiq sənədlər qəbul etməsini nəzərdə tutur və Türkiyəni 1915-ci ildə Osmanlı imperiyasında "erməni soyqırımı"nı tanımağa çağırır.
Qeyd edək ki, Avropa parlamenti "erməni soyqırımı"nı rəsmi olaraq 1987-ci ildə tanıyıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM