• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr aparılıb

Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr aparılıb
06.12.2024 17:38

Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsi cümə axşamı genişləndirilmiş iclasında "Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə basqılar” mövzusunda müzakirələr keçirib. İclasda Saxarov Düşüncə Mükafatının finalçısı  Qubad İbadoğlunun nümayəndəsi, hüquqşünas Jalə Bayramova, jurnalist Arzu Qeybullayeva və Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi Aleksandros Sabou çıxış ediblər.


Natiqlər Azərbaycanda siyasi təqiblərin, qanunsuz həbslərin və insan haqları pozuntularının geniş yayılması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar Avropa Parlamentinin üzvlərinin bu mövzu ilə bağlı suallarını cavablandırıblar.


Qubad İbadoğlunun qızı Jalə Bayramova siyasi həbslərin artdığını vurğulayaraq öz ailəsinin həm ölkə daxilində, həm də transmilli səviyyədə baş verən qanunsuzluqların qurbanı olduğunu bildirib.

 

O,  Qubad İbadoğlunun sağlamlıq vəziyyətinin kritik olduğunu və təcili ürək cərrahiyyəsinə ehtiyac duyduğunu qeyd edib. Bayramova Azərbaycan hökumətini atasının ölkədən çıxışına qoyulan qadağanın dərhal ləğv etməyə çağırıb.

 

İnsan Haqları Alt Komitəsinin sədri Mounir Satouri, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova rəsmi məktub göndərdiyini bildirib.


Məktubda  Qubad İbadoğlunun Saxarov Mükafatının təqdimetmə mərasimində iştirakını təmin etmək üçün onun səyahət qadağasının qaldırılmasının vacibliyi qeyd edilib. Satouri, həmçinin, Azərbaycan rəsmiləri ilə bu məsələ ətrafında dialoqa hazır olduqlarını vurğulayıb.


Avropa Parlamentinin üzvü Bernard Getta da çıxışında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyeni  İbadoğlunun mərasimdə iştirakını təmin etmək üçün zəruri addımlar atmağa çağırdığını bildirib.


Jurnalist Arzu Qeybulla Azərbaycanda müstəqil medianın qarşılaşdığı ciddi çətinliklərdən danışıb, Aleksandros Sabou isə vətəndaş cəmiyyətinin və intellektual azadlığın daraldığını vurğulayıb. Hər iki çıxışçı, siyasi məhbusların, o cümlədən Bəhruz Səmədov, Rüfət Səfərov, Anar Məmmədli və Dr. Qubad İbadoğlunun azad edilməsini tələb ediblər.


 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol