AŞPA ümid edir ki, Azərbaycan yenidən Parlament Asemblyasına üzv olacaq. Bunu Nazirlər Komitəsinin sədri Dominik Hasler deyib.
Əsas məqsədimiz ümumi ideallarımızı qorumaq və təbliğ etmək üçün birliyi gücləndirməkdir. Düşünürəm ki, bir-birimizə ehtiyacımız var. Ümid edirəm Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Asemblyasına öz layiqli yerinə qayıdacaq ki, bizi birləşdirən dəyərlərin qorunması naminə əməkdaşlıq və dialoq davam etsin", - Dominikə bildirib.
Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında təmsil olunan Azərbaycan nümayəndə heyəti təşkilatda əməkdaşlığını qeyri-müəyyən vaxtda dayandırmaq barəsində bəyanat verib.
Bundan əvvəl Assambleya rəsmi Bakının öz üzərinə götürdüyü "əsas öhdəlikləri” yerinə yetirmədiyi qənaətinə gəlib və bu barədə qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, rəsmi Bakı ölkədə pluralist demokratiya və qanunun aliliyi, eləcə də fundamental insan hüquq və azadlıqlarına hörmətlə bağlı öhdəlik götürsə də, bu müddət ərzində bu tələbləri həyata keçirməyib.

Azərbaycanı AŞPA-da təmsil edən millət vəkilləri Səməd Seyidov, Nigar Arpadarai, Rafael Hüseynov, Kamal Cəfərov, Könül Nurullayeva, Sevil Mikayılovadır.
Əvəzedici millət vəkilləri isə Sevinc Fətəliyeva, Erkin Qədirli, Tural Gəncəliyev və Pərvin Kərimzadədir.
Əvəzedici millət vəkilləri isə Sevinc Fətəliyeva, Erkin Qədirli, Tural Gəncəliyev və Pərvin Kərimzadədir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !