ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Mədəniyyət Və Turizm Nazirliyindən verilən məlumata görə "TV5 Monde” telekanalından alınan məlumatda qeyd olunur ki, bu müddət ərzində reklam çarxı ən baxımlı vaxtlarda (prime time) 378 dəfə nümayiş etdirilib və 4 000 000-a yaxın insan tərəfindən izlənilib.
Qeyd edək ki, yuxarıda təqdim edilən izləyici sayında 2013-cü il ilə müqayisədə 15% artım müşahidə olunur. 2014-cü ildə adıçəkilən televiziya kanalında ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb.
Onu da əlavə edək ki, Azərbaycana dair reklam çarxı həftə ərzində 45 000 000 nəfər tərəfindən izlənilən "France 24” telekanalında da yayımlanıb.
Ümumilikdə qeyd olunan telekanallarda Azərbaycana həsr olunmuş reklam kampaniyasını 100 milyondan artıq tamaşaçı izləyib.
Bizi sosial şəbəkələrdə izləyin !