Xarici məşhurların Bakıda çəkdirdikləri kliplər

12:30 | 05.04.2015
Xarici məşhurların Bakıda çəkdirdikləri kliplər

Xarici məşhurların Bakıda çəkdirdikləri kliplər

Qafqazın ən gözlə şəhərlərindən sayıılan Bakı öz müasirliyi, eyni vaxtda tarixi-memarlıq nümunlərinin zəngilniyi ilə daim kliplər üçün gözlə fon axtaran musiqüçilərin, kinomatorafçıların diqqətini cəlb edib. Bu mənada dünyanın, əsasən də Rusiya və Türkiyə şou-biznesinin məşhurları öz musiqili klipləri üçün Bakını əsas çəkiliş meydanına çeviriblər. 


"Qafqazinfo” modern.az-a istinadən Bakıda çəkilən əcnəbi klipləri təqdim edir:

Sati Kazanova və Arsenim - "Do rassveta”

2014-cü il aprelin sonlarında Rusiya estradasının ulduzu, "Fabrika” qrupunun keçmiş üzvü Sati Kazanova Avropada da böyük populyarlıq qazanmış moldovan əsilli "Arsenium”la ortaq duaetləri olan "Do rassveta” klipinin çəkilişləri üçün Bakıda olmuşdular. Klip Bakının əksər məkanlarında, İçərişəhərdə, Dağüstü parkda, Xəzər dənizində və "Sea Breeze” mehmanxanasında çəkilmişdi. Rejissorlar Taras Qolubkov və Pavel Kildaunun mahnıya çəkdikləri klip tamaşaçıların da xoşuna gəlib. "Do rassveta” klipinə yalnız Youtube portalındakı baxış sayı 15 milyonu keçib. Sözsüz ki, klipin uğurlu alınmasında çəkiliş məkanının - Bakinin önəmli rolu var.

 
 
 
Alsu – "Olı yulnun tuzanı” ("Uzun yolun tozu”)

Rusiya estradasının tatar əsilli ulduzu Alsu isə doğma tatar dilində yazılan "Olı yulnun tuzanı” ("Uzun yolun tozu”) mahnısına klpi çəkmək üçün Bakıya təşrif buyumuşdu. Çəkilişləri daha çox Bakıətrafı qəsəbələrdə gerçəkləşən klip Rusiya musiqi ictimaiyyətinə 2012-ci ilin dekbarında təqdim olunmuşdu və kifayət qədər populyarlıq qazanmışdı. 

 
Mandiga – "Papi Chulo”

2012-ci il sentyabrın 9-da Rumıniyadan olan musqi qrupu "Mandiga” "Papi Chulo” ("Mənim əzizim”) adlı mahnıya çəkilən klipi təqdim edib. Həmin il Bakıdakı "Eurivision” mahnı musabiqəsində Rumıniyanı təmsil edən qrup uğursuzluğa düçar olduğu yarışlardan sonra Bakıda klip çəkmək qərarına gəlmişdi. Çəkilişlər İçərişəhərdə və atəşgahda aparılmışdı. Klipin bir hisəsi isə Yunanıstanın Krit adasında çəkilmişdi.   

 



 
ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb