• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Bakıda Avropa Kubokunun açılış mərasimi keçirilib

Bakıda Avropa Kubokunun açılış mərasimi keçirilib
03.05.2024 21:01
Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.

Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
İdman 22:31
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
“Tottenhem” Avropa Liqasının qalibi oldu
İdman 07:41
“Tottenhem” Avropa Liqasının qalibi oldu
Azərbaycanlı baş hakim Avropa çempionatının oyununa təyinat aldı
İdman 23:38
Azərbaycanlı baş hakim Avropa çempionatının oyununa təyinat aldı
Bakıda mini-futbol üzrə dünya çempionatı start götürür
İdman 08:32
Bakıda mini-futbol üzrə dünya çempionatı start götürür
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçirilib - Video
İdman 22:29
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçirilib - Video
"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb
İdman 20:30
"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb
Azərbaycan-Macarıstan oyununun biletləri satışa çıxarılıb
İdman 19:38
Azərbaycan-Macarıstan oyununun biletləri satışa çıxarılıb
Azərbaycan çempionatının qalibi “Qarabağ” klubu mükafatlandırılıb - Video
İdman 22:45
Azərbaycan çempionatının qalibi “Qarabağ” klubu mükafatlandırılıb - Video
Əminə Əliyeva dünya çempionu olub - Video
İdman 15:57
Əminə Əliyeva dünya çempionu olub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol