Böyük Britaniyada yeni doğulan oğlanlara verilən adlar içində ən məşhur ad "Məhəmməd” adıdır, The Daily Mail bu barədə hamilə qadınlar üçün dünyada ən böyük portal olan Babycentre-ə istinadən xəbər verir.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu ad cari il ərzində 27 pillə irəliləyərək, ölkə üçün populyar olan Oliver, Cek, Noy, Harri, Çarli və Ceyms kimi adları sıxışdıraraq lider mövqeyinə çıxmağa nail olub.
""Məhəmməd” adını ərəb ölkələrində ənənəvi olaraq ilk övlada verirlər. Müsəlman adlarının populyarlığının yüksəlməsi Böyük Britaniyada müxtəlif mədəniyyətlərin inkişafını əks etdirir”, - The Mirror, saytın redaktoru Sara Redşonun sözlərindən sitat gətirir. Bundan başqa, Ömər, Əli və İbrahim adları da populyardır.
Qadın adlarına gəldikdə isə burada liderlik Sofiya, Emiliya və Lili adlarına məxsusdur. Bununla yanaşı siyahıya ərəb ölkələrində yayılmış Məryəm və Nur adları da reytinqə düşüb. Bu adlardan birincisi 59 pilləni keçərək 35-ci yerdə, ikinci ad isə siyahının 29-cu pilləsində qərar tutub. İyul ayında qadınlar üçün "FitPregnancy” amerikan portalı "uşaqlar üçün ən məşhur adlar” siyahısını dərc edib. Rusiyada 2014-cü ildə yeni doğulan körpələr üçün ən məşhur adlar Artem və Sofiya olub. Daha öncə bir neçə il ərzində lider mövqeləri Aleksandr və Mariya adlarına məxsus olub. Eləcə də, XX əsrin birinci yarısında dəbdə olan adların da getdikcə populyarlaşdığı və "ekzotikaya” olan marağın azalması qeyd edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !