İyunun 9-da "Şuşaya Azadlıq" kampaniyasının rəsmi loqosunun təqdimatı olacaq.
Bunu Modern.az saytına kampaniyanın beynəlxalq koordinatoru Asif Əsgərli deyib. O bildirib ki, kampaniya çərcivəsində çox böyük beynəlxalq tədbirlər keçiriləcək: "Təqdimat 19 ölkədən gələcək 30 xarici qeyri-hökumət təşkilatı rəhbərlərinin iştirakı ilə keçiriləcək. Tədbirdə kampaniyanın rəsmi loqosu üçün elan edilən beynəlxalq müsabiqənin qalibinin adı açıqlanacaq. Müsabiqənin qalibi Gürcüstan QHT-sinin rəhbəridir”.
Asif Əsgərli əlavə edib ki, yaxın aylardan başlayaraq Avropa ölkələrində Şuşa ilə bağlı silsilə tədbirlərə start veriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !