• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub
10.09.2023 19:00

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5 faizə yaxınlaşıb.

Bu il sentyabrın 7-si tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz artaraq 93,47 faiz təşkil edib.
Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 103,4 milyard kubmetrə çatıb.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə nəticəsində Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azaldı. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz anbarlarının qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladı. Bu çərçivədə noyabrın 1-dək qaz anbarlarının 90 faizinin doldurulması nəzərdə tutulurdu. Beləliklə, Aİ hədəfinə təxminən 2 ay əvvəl çatdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bitcoin”in qiyməti 117 min dolları keçib
İqtisadiyyat 10:20
“Bitcoin”in qiyməti 117 min dolları keçib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:18
Qızılın qiyməti bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
İqtisadiyyat 07:15
Bitcoin 116 min dolları keçərək tarixi maksimuma çatdı
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol