Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO

13:30 | 30.01.2022
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO

Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO

Niderlandlı hüquq mühafizəçiləri yollarda qayda pozuntularını müəyyən etmək üsulları ilə təəccübləndirirlər. Belə ki, polislər sükan arxasında telefonla danışan, yaxud yazışan sürücüləri müəyyən etmək üçün Brabant və Zelandiya əyalətləri arasında sürət yoluna polis nəqliyyatında yox, avtobusla çıxıblar.

Məlumata görə, bu yolla bir ayda minlərlə sürücü qanun pozuntusuna görə cərimələnib.

Bildirilir ki, adi sərnişin avtobusuna minən hüquq mühafizəçilər yaxınlıqda polis nəqliyyatı görünmədiyi üçün sükan arxasında arxayın şəkildə qanunu pozan sürücüləri qeydə alıb və cərimələyib.

Qanun pozucularının əksəriyyəti telefonla danışmağa, ya yazışmağa görə görə cərimələnsə də, onların arasında sükan arxasında olmasına baxmayaraq, notbukla işləyənlər də olub.

Bildirilir ki, təhlükəsizlik kəmərini taxmayanlar da cərimədən yan keçə bilməyiblər.

Bundan başqa, həbs müddəti bitmədən şəhəri tərk edən iki nəfər həbs olunub.













Mənbə: ad.nl

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM