ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB ) müşahidəçiləri "Sivil Toplum” Monitorinq Koalisiyası ilə görüşüb. Bu barədə Monitorinq Koalisiyasının yaydığı məlumatda bildirilib.
Avropalı müçahidəçilər yerli QHT rəhbərləri ilə fevralın 7-də keçiriləcək prezident seçkiləri öncəsi durum, Seçki qanunvericiliyi, seçki prosesinin müşahidəsi və başqa bu qəbildən olan məsələlər ətrafında fikir mübadiləsi aparəb.
"Sivil Toplum” Monitorinq Koalisiyasına "Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, "Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və "Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi daxildir.
Görüşdə həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub, mövzu ilə bağlı suallar cavablandırılıb.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə prezident kürsüsü uğrunda 7 namizəd mübarizə aparacaq. Bunlar hakm yeni Azərbaycan partiyasından namizəd və seçkii favoriti hesab edilən hazırki Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev , namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyev, Milli Cəbhə Partiyasından Razi Nurullayev və müstəqil namizəd Zahid Orucdur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçi missiyasına Eoqan Merfi rəhbərlik edir. Yanvarın 5-dən ATƏT üzvü olan ölkələri təmsil edən 26 üzünmüddətli müşahidəçi Bakıya gəlib. Missiya seçkilərin nə dərəcədə beynəlxalq standart və öhdəliklərə, o cümlədən yerli qanunvericiliyə uyğun aparılması ilə bağlı müşahidə aparacaq.
Seçki günü isə ATƏT DTİHB-nin dəvəti ilə daha 280 qısamüddətli müşahidəçi Bakıya gələcək və seçki günü seçki məntəqələrində müşahidə aparacaqlar.
İndiyə qədər qurum Azərbaycanda 12 seçkinin gedişini müşahidə edib.
Sonuncu dəfə ATƏT DTİHB 2020-ci ildə növbədənkənar parlament seçkilərində müşahidə aparıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !