Avropanın bu ölkəsində az sayda uşaq yaşayır

15:11 | 17.04.2015
Avropanın bu ölkəsində az sayda uşaq yaşayır

Avropanın bu ölkəsində az sayda uşaq yaşayır

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Avropa Birliyinin statistik qurumu olan "Eurostat"ın bildirdiyinə görə, Almaniyanın ümumi əhalisinin 13,1 faizini uşaqları təşkil edir.  Bu göstəriciyə görə, Almaniya Avropa Birliyinə daxil olan ölkələrin siyahısnda ən sonuncu yeri tutur. Ən çox uşaq əhalisi olan ölkələrin başında İrlandiya dayanır  - 22 faiz. 18,6 faiz göstərici ilə ikinci yerdə Fransanın və 17, 6 faiz göstərici ilə üçüncü yerdə İngiltərənin adı hallanır.

Qurumun hesabatında bildirilir ki, gələcək 10 il ərzində bütün Avropa Birliyi ölkələrində uşaq əhalisinin sayında azalma olacağı proqnozlaşdırılır. Qurumun ümumilikdə 28 üzv ölkəsinə aid 15,6 faiz göstərici 2050-ci ildə 15 faizə düşəcəyi ehtimal olunur.

Hazırda yaşadığımız yüzilliyin ortalarında qədər yalnız 9 AB ölkəsində uşaq əhalisinin sayında yüksəliş gözlənilir - Belçika, Bolqarıstan, Çex Respublikası, Estoniya, Latviya, Lüksemburq, Malta, Sloveniya, İsveç. 

"Eurostat"ın qənaətinə görə, 2050-ci ilə qədər Almaniyada uşaq əhalisinin sayı 0,4 faiz azalaraq bütün əhalinin 12,7 faizini təşkil edəcək. 2050-ci ildə ən az uşaq əhalisi 11.5 faiz Portuqaliyaya, 11,8 faizlə Slovakiyaya sahib olacağı proqnozlaşdırılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti