UEFA Avropada 2013/14 mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə təqdim olunacaq mükafatın 10 iddiaçısından yalnız üçü mübarizəni davam etdirəcək. Qitənin ən yaxşısı Aryen Robben (Hollandiya, “Bavariya”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Manuel Noyer arasında (Almaniya, “Bavariya”) seçiləcək. Onların hər üçü avqustun 28-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında iştirak edəcək və qalib də orada elan ediləcək. Bu isə o deməkdir ki, Avropa ən yaxşı futbolçu kimi yeni oyunçunu tanıyacaq. Çünki bu 3 namizəddən heç biri indiyədək UEFA-nın mükafatını qazanmayıb. Belə ki, ilk dəfə 2010/11 mövsümündə təqdim olunan mükafatı əvvəl Lionel Messi, sonra isə Andres İnyesta (2011/12) və Frank Riberi (2012/13) səsvermənin qalibi olmuşdu. Avropanın ən yaxşısı adına namizəd olan digər 7 futbolçunun topladığı xallara əsasən ilk “onluq”dakı mövqeyi dəqiqləşib:4. Tomas Müller (Almaniya, “Bavariya”) – 395. Filip Lam (Almaniya, “Bavariya”) - 245. Lionel Messi (Argentina, “Barselona”) - 247. Hames Rodriges (Kolumbiya, “Monako”) - 168. Luis Suares (Uruqvay, “Liverpul”/“Barselona”) - 139. Anxel di Mariya (Argentina, “Real”) - 1210. Dieqo Kosta (İspaniya, “Atletiko”/“Çelsi”) - 10
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !