2024-cü ilin doqquz ayında Azərbaycan Avropaya 9,4 milyard kubmetr qaz ixrac edib. Bunu energetika naziri Pərviz Şahbazov "X" hesabında yazaraq bildirib.
Bildirib ki, ixrac olunun qazın 7,3 milyard kubmetri Türkiyənin, 1,7 milyard kubmetri isə Gürcüstanın payına düşüb.
Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2 % çoxdur.
2023-cü ildə respublikada qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,8 faiz çoxdur.
Azərbaycan hökuməti 2024-cü ildə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !