Bakının 9-cü mikrorayonu ərazisindəki Adil Məmmədov küçəsində yerləşən avtobus dayanacağından istifadə edən sakinlər çox qəribə bir olayla üzləşiblər. Belə ki, günlərin bir günü bu dayanacaq naməlum iş adamı tərəfindən iaşə obyektinə cevrilib və üzərinə "Qazi” kafesi adı vurulub.
Bakı şəhərində yeni dayanacaq pavilyonlarının quraşdırıldığı və bu barədə Bakı Nəqliyyat Agentliyinin aktiv təbliğat apardığı bir zamanda belə bir hadisənin baş verməsi sakinlərdə təəccüb dogurub.
Dayanacağın fotolarını diqqətinizə təqdim edirik:
Bizi sosial şəbəkələrdə izləyin !